Almaniyanın “Simens” şirkəti Türkiyədə “Rosatom” şirkəti tərəfindən inşa edilən Akkuyu AES üçün mühüm avadanlığı göndərməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Simens” AES-in istehsal edəcəyi elektrik enerjisini şəbəkəyə ötürmək üçün qazla izolyasiya edilmiş yarımstansiya təmin etməli idi. İndi aylarla gecikmələr səbəbindən həmin avandıqları Çində axtarmalı olublar”, - məlumatda qeyd olunub.
“Blumberq” hətta məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Olaf Şoltsa müraciət etdiyini, lakin problemin həll edilmədiyini bildirib.
“Simens”in nümayəndəsi deyib ki, şirkət ixraca nəzarət qanununa riayət edir.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto