İsrail ordusunun onlarla ehtiyatda olan əsgəri ölkənin müdafiə naziri Yoav Qallantın evinin yaxınlığında etiraz aksiyası keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Aksiyada ehtiyatda olan hərbçilərlə yanaşı, həlak olan əsgərlərin yaxınları və fəal hərbi qulluqçular da iştirak ediblər.
Onlar ölkənin hərbi rəhbərliyindən HƏMAS üzərində tam qələbə üçün Qəzzada daha fəal və qətiyyətli əməliyyatlara başlamağı tələb ediblər.
“Qələbə tələb edirik. Qallant, əgər bunu necə əldə edəcəyini bilmirsənsə, onda açarları təhvil ver”, - aksiya iştirakçıları bildirib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto