Paytaxtımızda keçirilən Formula-1 yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
O qeyd edib ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və Formula 1-in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.
"Milli Parkın “Ağ şəhər bulvarı”, "Azneft meydanı"ndan “Bayıl bulvarı”na qədər olan hissəsi, həmçinin “Bayıl bulvarı”na giriş-çıxış isə sərbəstdir", - deyə Əfsanə Mehdiyevə bildirib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto