Putin Müxbirlə nələri müzakirə etdi?

21:46 - 13 İyun 2024 - GÜNDƏM

 Putin Müxbirlə nələri müzakirə etdi?

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Müxbirlə telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin və Müxbir beynəlxalq arenada, o cümlədən Rusiyanın BRİKS-ə sədrliyi ilə bağlı ölkələrin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Bu xəbər hal-hazırda çox oxunur
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

Putin həmçinin qarşıdan gələn Qurban bayramı münasibətilə Müxbiri təbrik edib, İranın ruhani lideri Ayətullah Əli Xameneiyə ən xoş arzularını çatdırmağı xahiş edib.

Müxbir Putinə iyunun 12-də baş tutan Rusiya Günü münasibətilə təbriklərini çatdırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol