Ukrayna Prezidenti Vladimir Zelenskinin “Kvartal 95” studiyasının rəhbəri olduğu vaxtlarda stilisti işləmiş Aleksandra Ryazantseva müəmmalı şəkildə ölüb.
BUTA.TV xəbər verir ki, Ukrayna mətbuatı Ryazantsevanın iyunun 11-də xidmət etdiyi 78-ci əlahiddə desant-hücum alayının yüksək dəqiqlikli raketlə vurulması nəticəsində öldüyünü yazıb.
Lakin bəzi ukraynalı blogerlər Ryazantsevanın dəfələrlə ağır şəkildə döyüldüyü üçün reanimasiyaya aparıldığını yazıblar. Bildirilib ki, Ryazantseva aldığı ağır xəsarətlərdən ölüb.
Amma onun xidmət etdiyi alaydan Ukrayna mətbuatına verilən məlumatda bildirilib ki, Aleksandra Ryazantseva Jitomir xəstəxanasında ürək tutmasından ölüb. Məlumata görə, qadın bir gün sonra başqa hərbi hissəyə yollanmalı imiş.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir