Paşinyan meydan oxudu: Məni dəyişə bilməyəcəksiniz!

13:58 - 13 İyun 2024 - GÜNDƏM

 Paşinyan meydan oxudu: Məni dəyişə bilməyəcəksiniz!

Klerikal-feodal elitasına deyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, siz sadəcə olaraq gücsüzsünüz.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentində iyunun 13-də 2023-cü il büdcəsinin icrasının müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib.

“Onlar gəldilər, Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirlər ki, Qarabağı təslim etdikləri kimi, Ermənistanı da KTMT-yə təslim etsinlər. Amma mən klerikal-feodal elitaya açıq şəkildə demək istəyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, siz sadəcə olaraq gücsüzsünüz”, - Paşinyan bildirib.

O vurğulayıb ki, müxalifət xalqdan doğan, xalqdan qidalanan legitimlik qarşısında sadəcə acizdir:

Bu xəbər hal-hazırda çox oxunur
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

“Yalnız xalq Ermənistanda hakimiyyəti istədiyi vaxt dəyişə bilər. İstəsə, edəcək, istəməsə, etməyəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol