Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını deməyib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə keçirilən iclasda deyib.
"Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, o vurğuladı ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik", - Mirzoyan bildirib.
Qeyd edək ki, bu gün Paşinyan ölkənin KTMT-ni tərk edəcəyini, lakin dəqiq tarixin müəyyən edilmədiyini bəyan edib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir