Vəzifəli şəxslər üçün bu cərimənin məbləği kəskin azaldılır

11:56 - 12 İyun 2024 - GÜNDƏM

 Vəzifəli şəxslər üçün bu cərimənin məbləği kəskin azaldılır

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldılır.

BUTA.TV xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, vəzifə şəxslər üçün cərimənin məbləği 500 manatdan 800 manata qədərdir.

Bu xəbər hal-hazırda çox oxunur
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol