Rusiya Prezidenti Vladimir Putin və Braziliya Prezidenti Lula da Silva arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, liderlər Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sülh konfransını da müzakirə edib. Putin Braziliya prezidentinə bu sülh konfransının keçirilməsi ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarından danışıb.
Qeyd edilib ki, Braziliya prezidenti də Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək istəyini ifadə edib.
Xatırladaq ki, Braziliya sülh konfransında iştirak etməyəcək.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir