Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırıq.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Onun sözlərinə görə, iki ölkənin parlamentləri arasında əlaqələr çox yaxşı inkişaf edir:
“Bu, parlamentlərarası münasibətlərin dövlətlərimizin liderləri arasındakı münasibətlər səviyyəsindən geri qalmadığı haldır”.
Lukaşenko bildirib ki, onun Azərbaycan Prezidenti İlham Əliyevlə atası Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə qədər uzanan çoxillik münasibəti var:
“Heydər Əliyev çox uzaqgörən adam idi. İlham Əliyev atasının işinin layiqli davamçısıdır. O, tarixdə o qədər iş görüb ki, çətin ki, İlham Əliyevdən sonra hansısa prezident bunu təkrar etsin”.
Belarus prezidenti Azərbaycana son səfərini hərarətlə xatırladığını deyib.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir