Rus hərbi təyyarəsi NATO ölkəsinin ərazisinə daxil oldu

20:54 - 10 İyun 2024 - GÜNDƏM

 Rus hərbi təyyarəsi NATO ölkəsinin ərazisinə daxil oldu

Rusiyanın hərb təyyarəsi Finlandiya hava məkanını pozub.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Skandinaviya ölkəsinin NATO alyansına qoşulmasından sonra ilk belə hadisədir.

Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, təyyarə Finlandiya hava məkanında təxminən 2 dəqiqə uçub. Hadisə Finlandiya körfəzinin şərq hissəsində baş verib - təyyarə Finlandiya ərazisinə 2,5 kilometr dərinliyə daxil olub.

Bu xəbər hal-hazırda çox oxunur
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

“Biz ərazi sərhədlərinin pozulmasına ciddi yanaşırıq və dərhal təhqiqata başladıq”, - müdafiə naziri Antti Hakkanen bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol