İran hüquq mühafizə orqanları Təbrizdən olan iki şəxsi - Milad Cəlili və Salar Taherəfşarı həbs edib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, onlar Təbriz həbsxanasına yerləşdiriliblər. Milad Cəlilinin repçi-müğənni, Taherəfşarın isə aktivist olduğu bildirilib.
Həbs edilən azərbaycanlıların valideynləri İrandakı Azərbaycanlı Siyasi Məhbuslar Assosiasiyasına bildiriblər ki, Taherəfşar 6 ay həbsə məhkum edilib.
“Azadlıq Radiosu”nun Fars Xidməti M.Cəlilinin İnstaqram hesabında noyabrda həbs edilən 13 azərbaycanlı aktivistə mahnı həsr edib paylaşdığı üçün tutulduğunu yazıb. Onu 8 ay həbs gözlədiyi deyilir. Onların hər ikisi rejimə qarşı təbliğatda ittiham edilirlər.
Qeyd edək ki, Milad Cəlili “İlşan” ləqəbi ilə məşhurdur.
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video