Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Rusiyanın işğalı faktdır və bu məsələdə spekulyasiyaya yer yoxdur.
“Bəs hazırladığınız hesabatda Rusiyanın işğalçı ölkə olmasından niyə bəhs edilmir?” sualına baş nazir belə cavab verib:
“Hesabatda əksər mövzular müzakirə olunur. Təbii ki, bu mövzular parlamentin müzakirəsinə də çıxarılacaq. Fakt budur ki, Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib. Beləliklə, burada spekulyasiyaya yer yoxdur. Biz hamımız vəziyyətin necə olduğunu və qarşımızda hansı vəzifələrin dayandığını bilirik. Ölkə ərazisinin 20 faizinin işğal olunduğu və Qərbdən kiminsə bizi şantaj etməyə çalışdığı bir vaxtda atacağımız addımlarda diqqətli olmalıyıq. Xalqımız, ölkəmiz sağlam münasibətlərə layiqdir”.
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır