Çinin nümayəndə heyəti Türkiyədə səfərdədir.
BUTA.TV xəbər verir ki, nümayəndə heyətinin tərkibində yer alan Çin Kommunist Partiyası Sıçuan əyalət komitəsinin katibi Van Siaohuy Ankarada Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarla görüşüb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, son vaxtlar iki ölkə arasında intensivləşən qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə bir çox məsələ, o cümlədən nüvə və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
İki ölkə rəsmilərinin daha bir görüşü İstanbulda Türkiyə və Çinin mədəniyyət və turizm nazirləri Mehmet Nuri Ersoy və Sun Yeli arasında baş tutub.
Görüşdə Türkiyə ilə Çin arasında turizm sahəsində əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda əsasında artırılması, inkişafı və təşviqini nəzərdə tutan “Turizm Əməkdaşlığı Anlaşma Memorandumu” imzalanıb.
Nazirlikdən verilən açıqlamada sənədin Türkiyə ilə Çin Xalq Respublikası arasında həm mədəni, həm də turizm sahəsində daha sıx əlaqələr qurmağa töhfə verəcəyi bildirilib.
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər