Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
BUTA.TV xəbər verir ki, 1970-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş Abbasov Ədalət Vilayət oğlunun nəşinin qalıqları yaxınlarının yaşadığı kəndə aparılıb.
Onun nəşinin qalıqları sabah dəfn olunacaq.
Qeyd edək ki, Ə.Abbasov 1992-ci ildə hərbi xidmətə çağırılıb və həmin il Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, naməlum şəhid kimi Tərtər rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından olub.
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər