İyunun 5-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Şuhrat Xalmuxamedovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Daşkənddə Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Daha sonra general-polkovnik K.Vəliyev özbəkistanlı həmkarı ilə görüşüb. Özbəkistan Respublikası Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı məlumat mübadiləsi aparıblar.
Baş Qərargah rəisinin Özbəkistana səfəri iyunun 7-dək davam edəcək.
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər