Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlıq və inteqrasiyanın inkişafına verdiyi mühüm töhfə təkcə üzv dövlətlərimiz üçün deyil, həm də regionumuzda sülhün, sabitliyin, təhlükəsizliyin və firavanlığın möhkəmlənməsində mühüm rol oynayıb.
BUTA.TV xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyevin 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına təbrikində yer alıb.
“Türk dövlətləri arasında qardaşlıq və dostluq prinsipləri əsasında qurulmuş TDT müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi fundamental dəyərlərə sadiqliyini qətiyyətlə dəstəkləyir. Fürsətdən istifadə edərək TDT-yə davamlı dəstəyə görə Azərbaycan Respublikasına bir daha dərin minnətdarlığımı bildirmək istərdim. Bu mühüm hadisə ilə əlaqədar bütün Azərbaycan xalqına rifah və firavanlıq arzularımı çatdırıram”, - K.Ömürəliyev qeyd edib.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı