Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.
"Mərsin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - paylaşımda bildirilibş
Qeyd edək ki, dünən Tarsus-Adana-Qaziantep magistralında 4 avtomobilin toqquşması nəticəsində 10 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir.
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video