Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir.
Bunu BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, Debet çayının Kürə töküldüyünü nəzərə alsaq, Gürcüstanda Kürə yağan yağışlar nəticəsində çayın Tiflis məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:
"Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı istisna olunmur.
Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaq xahiş edilir, sahillərdən məsafə saxlamaq tövsiyə edilir".
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video