Zabitlərin Tavuşdakı mövqelərdən geri çəkilmək əmrini yerinə yetirməkdən imtina etmələri barədə internetdə yayılan məlumatlar tamamilə yalan, qəsd və uydurmadır və reallıqla heç bir əlaqəsi yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirlik Ermənistan ordusu, komandirləri və digər şəxsi heyəti haqqında həqiqətə uyğun olmayan məlumatları dərc etməkdən çəkinməyə və yalnız idarənin rəsmi məlumatlarına əsaslanmağa çağırır.
Qeyd edək ki, mayın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinə səfər edib və orada MTN Sərhəd Qoşunlarının nümayəndələri ona Azərbaycanla sərhədin delimitasiyası prosesi barədə məruzə ediblər.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video