Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.
BUTA.TV xəbər verir ki, sonuncu turun matçında "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Neftçi"ni minimal hesabla üstələyib - 1:0.
Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.
Rəqiblərindən bir xal az toplayan "Sumqayıt" dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" isə avrokuboklardan kənarda qalıb.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.
Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava