Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan iş qrafiki sıx olduğundan, MDB ölkələrinin Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında iştirak edə bilməyib. Səbəblər texnikidir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan bildirib.
“Mən nümayəndə heyətini təmsil etmək tapşırığını aldım və buna görə də Minskdən uçdum. Bu, münasibətlərin hər hansı pisləşməsi ilə bağlı deyil”, - deyə səfir qeyd edib.
Xatırladaq ki, Ermənistan Baş naziri Paşinyan və müavini Qriqoryanın bu iclasa qatılmaması, İrəvanın səfir səviyyəsində təmsil olunması müzakirələrə yol açıb.
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...