"İsrailin gözlənilməz planları var".
Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin (IDF) Şimal Komandanlığının qərargahına səfəri zamanı deyib.
"Bizim təfərrüatlı, vacib və hətta gözlənilməz planlarımız var. Amma şimalda təhlükəsizliyin bərpasına və sakinləri öz evlərinə qaytarmağa hesablanmış bu planları düşmənlə bölüşməyəcəyəm. Biz birlikdə bu iki məqsədə nail olmaq əzmindəyik", - Netanyahu bildirib.
Netanyahu əlavə edib ki, İsrail "daim şimal cəbhəsində fəaldır. İndiyə kimi yüzlərlə "Hizbullah" döyüşçüsünü öldürmüşük", - o əlavə edib.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü