Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.
BUTA.TV xəbər verir ki, həlledici oyunda "Beşiktaş" və "Trabzonspor" komandaları üz-üzə gəlib. "Atatürk" Olimpiya Stadionunda baş tutan görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 13-cü dəqiqədə qonaqların heyətində Paul Onuaçu açıb. "Qara qartallar" Raşid Qezzalla 45+3-cü dəqiqədə penaltidən bərabərlik qoluna imza atıb. 54-cü dəqiqədə Salih Uçan İstanbul klubunu önə keçirib. Nikolas Pepe 89-cu dəqiqədə hesabı bərabərləşdirsə də, "qara qartallar"a kuboku qazandıran qələbə topunu 90+4-cü dəqiqədə Əl-Musrati vurub.
Bununla da "Beşiktaş" 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü