19 mayda Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikopterin pilotları və pilot köməkçisi türkdür.
BUTA.TV xəbər verir ki, bu barədə Hərbi Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, qəzada dünyasını dəyişən Seyid Tahir Mustafavi türkmən, Möhsün Daryanuş qaşqay, Bəhruz Qədimi isə güney azərbaycanlıdır.
Hər üçü polkovnik rütbəsi daşıyıb və böyük təcrübələri olub.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi