Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodindən İran rəhbərliyinə ölkələr arasında əməkdaşlığın da eyni şəkildə inkişaf edəcəyini gözlədiyini çatdırmağı xahiş edib.
BUTA.TV xəbər verir ki, bu barədə Putin Volodinlə görüşdə bildirib.
"Biz də öz növbəmizdə Rusiya-İran münasibətlərinin bu axarda davam etməsi üçün hər şeyi edəcəyik, xahiş edirəm bu sözləri İran rəhbərliyinə çatdırın", - Putin deyib.
Volodin də öz növbəsində vurğulayıb ki, Rəisi ilə vida mərasimində iştirak etmək üçün sabah səhər tezdən Tehrana uçacaq.
Onun sözlərinə görə, İran prezidenti iki ölkə arasında əlaqələrin inkişafı üçün çox işlər görüb.
Dövlət Dumasının spikeri əlavə edib ki, Putinin göstərişlərini yerinə yetirəcək və başsağlığı verəcək.
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat