Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gəlib.
55 kiloqramda yarışan Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskini 7:0 hesabı ilə məğlub edərək qitə üçüncüsü olub.
Bu gün, Xasay Həsənli (77 kiloqram) final, Laçın Vəliyev (87 kiloqram) isə bürünc medal görüşünə çıxacaq.
Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat