Fikrimcə, bu parlament seçkiləri ilə əlaqədar ola bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında millət vəkili Vahid Əhmədov Milli Məclisin növbədənkənar sessiyasının şağırılması haqda danışarkən deyib.
Millət vəkili müzakirə edilə biləcək digər məsələlərdən də bəhs edib:
“Müəyyən məsələlərin və müvafiq qanun layihələrinin müzakirəsinə, qəbuluna ehtiyac var. Daxil olan əlavə vəsaitlə bağlı dövlət büdcəsinə müəyyən düzəlişlərin edilməsi mümkündür”.
Qeyd edək ki, Millət Məclisinin bu gün keçirilən iclasında növbədənkənar sessiyanın çağırılması üçün 42 deputat imza toplamağa başlayıb. Parlamentin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Bundan sonra sədr 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü