Bu gün 20 konteynerdən ibarət qatar Gürcüstana yola salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının (ADY) Yük daşımaları departamentinin rəhbəri Emil Əhmədov bildirib.
O qeyd edib ki, Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Bu gündən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilir:
“Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış müvafiq sənədə əsasən Bakı-Tiflis-Qars dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılmaq üzrədir. Hazırda beynəlxalq məsləhətçi şirkətlə birgə müəssisənin biznes modelinin hazırlanması istiqamətində işlər görülür. Məqsəd yük həcminin artırılması, BTQ xəttinin inkişaf etdirilməsidir”.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü