Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi ötən gün Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
BUTA.TV xəbər verir ki, İranın sayca 8-ci prezidenti olan İbrahim Rəisi 1960-cı ildə Məşhəd şəhərinin Noqan məhəlləsində anadan olub.
15 yaşında İranın dini-siyasi, ideoloji mərkəzi sayılan Qumda təhsil alıb. İxtisasca hüquqşünas olan İbrahim Rəisi 1981-ci ildə Kərəc şəhərinin prokuroru vəzifəsində çalışıb. Daha sonra isə Həmədan vilayətinin prokuroru olub.
Az müddət sonra isə Loristan, Səman və Kirmanşah bölgələrinin prokuroru olub. Rəisi 1989-cu ildə Tehranın baş prokuroru təyin edilir.
O, 1994-cu ildə ölkənin Müfəttişlik Təşkilatının sədri seçilib, 10 il bu vəzifəsində çalışıb.
2004-cü ildən 2014-cü ilədək ölkənin Ali Məhkəmə sədrinin birinci müavini və 2014-2015-ci illərdə isə İranın baş prokuroru postunda fəaliyyət göstərib.
2015-ci ildə ölkənin ali dini lideri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunub.
2021-ci ildə keçirilən prezident seçkilərində qalib gəlmişdi.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü