"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında bəzi oyunlarda əcnəbi VAR hakiminin təyinat alacağı məsələsinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, baş məşqçi bunu heç xoş qarşılamadığını bildirib.
"Hamı öz sahəsində aktiv olmağa çalışmalıdır. Bu gün şansımız varsa ki, daha yaxşı olmalıyıq. Səhvlər olur, bilmirəm VAR nə qədər qəlizdir. Amma əgər bir insanın, hakimin işi qərar verməkdirsə və bundan narazılıq olacaqsa, hakim bu qərarı verməsə yaxşı olar.
Referilərimiz yəqin ki, bundan sonra daha məsuliyyətli çalışarlar. Cavan kadrlardır. Əslində bu təcrübə digər ölkələrdə də var. Əliyar Ağayev Yunanıstana gedir. Bu yaxşıdır. Demək ki, güvənirlər. Yerli hakimlərimiz yəqin ki, gələcək çempionat üçün kiməsə şans verməzlər. Baxmayaraq ki, hər sahədə legioner olur, amma hakimlikdə yerli olmalıdır".
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü