Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-də hər hansısa bir telefonla nənəsinə zəng edib, lakin daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Və bir neçə gün əvvəl meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkarlanıb.
Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü