Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.
Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, təlimdə hərbi pilotlarımız tərəfindən Su-25 ML hücum təyyarələri ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar olunması, onlara aviasiya zərbələrinin endirilməsi və irəliləyən qruplara yaxın hava dəstəyinin verilməsi üzrə tapşırıqlar qarşılıqlı əlaqədə müvəffəqiyyətlə yerinə yetirilib.
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb