Ukrayna ordusunun hücumu nəticəsində Sevastopolun elektrik stansiyasına ciddi ziyan dəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.
“Mütəxəssislər gecə hücumundan sonra Sevastopol yarımstansiyasının işini tam bərpa etmək üçün hər şeyi edirlər, lakin bu təxminən bir gün vaxt aparacaq”, - Razvojayev bildirib.
Onun sözlərinə görə, elektrik enerjisinin verilişi bərpa olunana qədər məktəblərdə, orta təhsil müəssisələrində və uşaq bağçalarında dərslər dayandırılıb.
Qubernator bildirib ki, Rusiya hərbçiləri gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Sevastopol şəhərinə kütləvi hücumunu uğurla dəf edib, onlarla PUA-sını və beşdən çox pilotsuz qayığını məhv edib.
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama