Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
BUTA.TV xəbər verir ki, Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq
- Narkoloji xəstələrin işə qəbulu ilə bağlı yeni qanun...
- Azərbaycanda bu müəssisə bağlandı - Video