Xəbər verdiyimiz kimi, Ermənistan Nazirlər Kabineti Qazax-Tavuş ərazisində delimitasiya nəticəsində ermənilər üçün 33 ildir əlçatmaz olan 25 hektar sahənin kəndlilərin ixtiyarına veriləcəyini açıqlamışdı.
BUTA.TV xəbər verir ki, erməni mediası bunu “Azərbaycana aid olan 25 hektar ərazi” kimi təqdim etmiş və yaxud hökumət özü açıqlamasının bu cür anlaşılmasına çalışmışdı.
Sabiq ombudsman Arman Tatoyan erməni mediasına bildirib ki, komandası ilə birgə yerdə araşdırma aparıb və məlum olub ki, “33 ildir əlçatmaz olduğu” bildirilən 25 hektar ərazi minalanmış sahədir. Delimitasiyadan sonra o ərazi minalardan təmizlənəcək və əhalinin ixtiyarına veriləcək.
O həmçinin qeyd edib ki, Kirantsda iki ev və 57 torpaq sahəsi Azərbaycana keçib.
Kirant kənd sakinləri də 60 yaxın torpaq sahəsinin (16 hektara yaxın) 1976-cı il xəritəsi ilə Azərbaycana keçdiyini təsdiqləyiblər. Ancaq iddia ediblər ki, Azərbaycan ərazisinə 2 deyil, 7 ev düşür.
Qeyd edək ki, bundan öncə Kirants kənd sakinləri 25 hektarın minalanmış sahə olduğunu mediaya açıqlamışdılar.
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq
- Narkoloji xəstələrin işə qəbulu ilə bağlı yeni qanun...