Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
BUTA.TV Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan yığmamız 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutub.
Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq