“Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox Vatsap+ istifadəçisi Azərbaycandadır.
BUTA.TV xəbər verir ki, bunu Paşa Bank ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, Vatsap+ qeyri-leqal proqramdır:
"Hansıki xakerlər cihazlarımızda olan fərdi məlumatlarımızı, hərəkətlərimizi, hətta telefonumuza gələn SMS-lərə qədər oxuyur. Həmin məlumatları 3-cü tərəflərə ötürür. Bunun əsasında hətta icazə vermişiksə, cihazlarımızı idarə edə bilir. Sizin xəbəriniz olmadan, xüsusən gecə vaxtı ekran qaralır, PİN-kod daxil edilir və mobil əlavəyə müdaxilə olunaraq pul köçürülür, səhər durub görürsünüz ki, kartda pul yoxdur. Xəbəriniz belə olmadan fırıldaqçılıq baş verir. Ancaq bunların qarşısını almaq üçün də banklar daimi əsasda öz tədbirlərini görürlər", - A. Həsənzadə bildirib.
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim