Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb, iki nəfər yaralanıb.
BUTA.TV Report-a istinad'n xəbər verir ki, Məmmədov Piruz İsa oğlu gecə saatlarında idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobillə sözügedən ünvanda hərəkətdə olarkən idarə etməni itirib və yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb.
Nəticədə sərnişin Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Piruz İsa oğlu da Məmmədov daxil olmaqla, avtomobildə olan digər sərnişinlər Orxan Fariz oğlu Piriyev və Allahverdi Sabir oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto