Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın yerinə 8 yanğınsöndürmə avtomobili, 3 xüsusi texnika və 75 nəfər şəxsi heyət cəlb edilib.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib.
Onun sözlərinə görə, yanğın qısa müddət ərzində məhdudlaşdırılıb və hazırda tam söndürülmə işləri görülür:
“Xəsarət alan insanlar barəsində hələ ki, heç bir məlumat daxil olmayıb. Yanğının ərazisi ölçülür, əlavə məlumat veriləcək”.
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto