Düşünürəm ki, bu, təkcə Fitso və Slovakiyaya deyil, həm də Rusiya-Slovakiya münasibətlərinə atılan güllədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdi şərh edərkən deyib.
O, hökumət başçılarına qarşı təsadüfi sui-qəsd cəhdlərinə inanmadığını bildirib.
Zatulin sui-qəsdin Fitsonun Avropa və dünyadakı vəziyyətlə bağlı mövqeyi ilə bağlı ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitsoya bu gün sui-qəsd edilib. O, hökumətin iclasından çıxarkən güllələnib.
Hazırda xəstəxanada əməliyyatdan çıxan baş nazirin səhhətinin stabil olduğu bildirilib.
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad