Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart Şuşa şəhərində olub.
Bu barədə BUTA.TV-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şuşa şəhərinə gələn qonağa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası, nəzərdə tutulan planlar, Şuşa sakinlərinin öz doğma şəhərlərinə qayıdışı prosesinə başlanıldığı barədə məlumat verilib.
Qonaq burada nümayəndəliyin inzibati binasında, Şəhər Meydanında, Vaqifin məqbərəsində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr edib. Qonağa məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
Avropa Parlamentinin deputatını Milli Məclisin Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto