Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər:
"Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 mindən çox partlayıcı maddə aşkarlanaraq məhv edilib".
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto