1990-cı illərdə orta illik temperatur 14,4-14,5 dərəcə idisə, indi 14,9-15 dərəcəyə çatıb. Hava cərəyanları, vulkanik hadisələr orta illik temperaturun artımına səbəb olur.
Bunu BUTA.TV-a açıqlamasında iqlimşünas Məhərrəm Mehdiyev deyib.
"May ayında temperaturun belə soyuq olması halları əvvəllər də yaşanıb. Mayın əvvəlində isti, ortalarında soyuq olub, daha sonra istilər başlayıb. Bəzən isə mayın 1-də soyuqlar başlayıb, ortasında istilər. Fəsillərin arasında sərhədlər var. Məsələn, biz deyirdik ki, iyun, iyul, avqust mütləq yay aylarıdır, sentyabr, oktyabr, noyabr payız, dekabr, yanvar, fevral isə qışdır. İndi isə bu sərhədlər pozulub. Payızın nə zaman, qışın nə zaman başladığını bilmək olmur. Qış çox mülayimləşib və orta illik temperatur qalxıb. Yay bəzi vaxtlar sərin olur, bəzi vaxtlar isə hədsiz isti", - Mehdiyev bildirib.
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto