Sistan və Bəlucistan əyalətinin Hirmənd bölgəsinin Kəndu kəndi yaxınlığında polis qüvvələri 4 nəfəri güllələyib.
BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Atəş nəticəsində Məhəmməd Sarani, Qulam Sarani adlı iki qardaş ölüb, qardaşlardan digəri - Nəbi Sarani və yoldan keçən Nəzir Rəxşani adlı gənc qadın isə ağır yaralanıb.
Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto
- Bu yolda sürət həddi endirildi