Parlament binasının qarşısındakı səhnədə biz xarici təsiri açıq şəkildə görürük.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin qarşısındakı etiraz aksiyasında alman deputat Mixail Rott, litvalı deputat Jitimantas Pavilenis, eyni zamanda digər rəsmilərin müxalifətə dəstək çıxışları barədə danışarkən deyib.
“Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar. Baş verənlərin miqyasını təsəvvür edin. Təbii ki, onların Gürcüstanın daxili siyasətinə kənardan müdaxilə etmək cəhdləri qətiyyən yolverilməzdir”, - Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstan parlamenti hakim Gürcü Arzusu Partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bundan sonra parlament binasının qarşısında genişmiqyaslı etiraz aksiyası başlayıb, polislə toqquşmalar yaşanıb.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video