Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
Qurum rəsmisi bildirib ki, Suriya nömrəsi ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə bank kartında olan pulunu ələ keçirib:
“Deyiblər ki, 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, beş saniyə ərzində bank kartında olan 7 377 manat pul çıxarılıb”.
E.Hacıyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto