Media nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.
BUTA.TV xəbər verir ki, media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin açılışını etdiyi birinci tuneldə olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu yolun ümumi uzunluğu 81,7 kilometirdir bu da Zəfər yolundan 19,3 km qısadır:
“Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1 557 metr, viadukların uzunluğu 1 965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6 450 metrə yaxındır”.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərin görüntülərini təqdim edirik:
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto