Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib.
Sonuncu dəfə Azərbaycanın Estoniyada səfiri işləmiş Anar Məhərrəmov bundan öncə də Mehriban Eyyubova tərəfindən birgə nikah dövründə alınan əmlakın bölünməsi ilə bağlı məhkəməyə verilmişdi.
Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Eyyubova rəsmi olaraq 2021-ci ildə boşanıb.
Xatırladaq ki, Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto