Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədir İan Borqla birgə mətbuat konfransında rəsmi Bakının Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb.
BUTA.TV xəbər verir ki, nazir 2024-cü ildən intensiv danışıqların başladığını bildirib.
“Münhendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, - nazir deyib.
Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:
“Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra gündəmə danışıqlar üçün yenidən gətiriləsi məsələlər qalmayan bir sənəd olmalıdır”, - nazir bəyan edib.
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı